Uqandada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb

30.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Uqandada leysan yağışlar nəticəsində baş verən torpaq sürüşmələrində 15 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilər 113 nəfərdən xəbər olmadığını açıqlayıb. 

Polis təxminən 15 nəfərin xilas edilərək xəstəxanaya aparıldığını bildirib.

Uqanda Qırmızı Xaç Cəmiyyəti 6 kənddə ən azı 40 evin torpaq altında qaldığını, indiyədək 15 nəfərin cəsədinin tapıldığını açıqlayıb.

Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью