Uqo Almeyda Türkiyə klubunu çalışdıracaq

25.08.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Portuqaliya millisinin sabiq futbolçusu Uqo Almeydanın yeni iş yeri məlum olub.

QOL.az xəbər verir ki, o, Türkiyənin 1-ci liqa təmsilçisi “Hatayspor”a baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Uqo Almeyda futbolçu karyerasında “Portu”, “Beşiktaş”, “Hannover” kimi klublarda çıxış edib. O, Portuqaliya yığmasında 57 oyunda 19 qol vurub. Almeyda ötən mövsüm “Bodrum” klubunda məşqçilik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью