Uqo Broos mundial tarixində rekord qırdı

28.06.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə CAR millisinin baş məşqçisi Uqo Broos dünya çempionatları tarixində pley-off mərhələsində komandasına rəhbərlik edən ən yaşlı mütəxəssis olub.

İdman.Biz xəbər verir ki, bu barədə “Squawka” məlumat yayıb.

Belçikalı məşqçi 74 yaş 79 günündə DÇ-2026-nın 1/16 finalında Kanada ilə oyunda CAR millisini meydana çıxarıb.

Qrup mərhələsində CAR millisi dörd xal toplayaraq A qrupunda ikinci yeri tutub. Kanada yığması da B qrupunda dörd xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, hazırkı dünya çempionu Argentina millisidir. Komanda 2022-ci ildə finalda Fransa ilə əsas vaxtı 3:3 hesabı ilə başa vurub, penaltilər seriyasında isə 4:2 hesabı ilə qalib gəlib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью