Ural Airlines şirkətin bort bələdçisi Ramin Ağayevin həlak olduğunu təsdiqlədi

26.12.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsində sərnişin kimi uçan Ural Hava Yollarının ("Ural Airlines") bort bələdçisi Ramin Ağayev həlak olanların arasındadır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyaya məxsus aviaşirkətdən xəbər verilib.

Bundan əvvəl Ramin Ağayevin AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysi ilə uçduğu təsdiqlənmişdi, lakin o, sağ qalanlar arasında idi.

Aviaşirkət onun yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, Azərbaycanın paytaxtı Bakıdan Qroznıya uçan AZAL-ın "Embraer" sərnişin təyyarəsi dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью