Ural klubunun prezidentinə xərçəng diaqnozu qoyuldu

28.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın "Ural" klubunun prezidenti Qriqori İvanova xərçəng diaqnozu qoyulub.

Oxu.Az xəbər verir ki, funksioner hazırda Almaniyada müalicə alır. Komanda Rusiya Premyer Liqasına vəsiqə qazanmasa, Q.İvanov klubdan ayrıla bilər.

Qeyd edək ki, Qriqori İvanov 2003-cü ildən "Ural"ın prezidenti vəzifəsində çalışır. Yekaterinburq təmsilçisi onun rəhbərliyi altında iki dəfə Rusiya Kubokunun finalına yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью