Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Ural bölgəsinin Sverdlovsk vilayətində itkin düşmüş azərbaycanəsilli sahibkar İlqar Xanadanovun meyiti tapılıb.
Oxu.Az e1.ru-ya istinadla xəbər verir ki, 49 yaşlı sahibkar oktyabrın 24-də Zareçnidə itkin düşüb.
Beşgünlük axtarışlardan sonra ailə üzvlərinə onun cəsədinin "Mercedes" markalı maşınından tapıldığı bildirilib.
İlqar Xanadanovun həyat yoldaşı Tatyana Xanadanova deyib:
"Oktyabrın 29-da yoldaşımı ölü halda tapdılar. Dünən müstəntiqlər gecəyədək işlədilər, ona görə də hadisənin təfərrüatını ancaq bu gün biləcəyik. Amma artıq təsdiqlənib ki, bu qətldir, araşdırma aparılır".