Uraloğlu: Türkiyə Zəngəzur dəhlizinə töhfəsini verəcək

24.07.2025

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır.

Yenisabah.az akşam-a istinadla xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ətrafında lazımi müzakirələri davam etdirir: "Güman edirəm ki, bu məsələ çox uzun çəkmədən həllini tapacaq. Beləliklə,Türk dünyasına daha qısa yol açılacaq". Dördpendirli pizza

Nazirin sözlərinə görə, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir:

"Azərbaycan həm quru, həm də dəmiryolu ilə bağlı işlərini davam etdirir. Biz də Qars-Iğdır-Naxçıvan xətti ilə bağlı işlərə bu il başlayırıq".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью