Uran bizə verilməsə, İranla heç bir razılaşma olmayacaq Ağ Ev rəsmisi

11.07.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaşinqton administrasiyası Tehran zənginləşdirilmiş uran ehtiyatını ABŞ-a təhvil verməyə razı olmadığı təqdirdə İranla yekun razılaşma əldə olunmasını istisna edib.

Turkustan.az Reuters-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ rəsmisi brifinqdə deyib: "Sadəcə aydınlaşdırmaq istəyirəm ki, əgər biz nüvə tozunu almasaq (ABŞ administrasiyası zənginləşdirilmiş uranı "nüvə tozu" adlandırır – red.), İranla razılaşma əldə etməyəcəyik".

Reuters agentliyinin məlumatına görə, ABŞ rəsmisi Tehranın tabe olmaqdan imtina edəcəyi təqdirdə ABŞ-ın hərəkətlərinə toxunaraq əlavə edib: "Bizim bir çox variantımız var"./Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью