Uran məsələsində ciddi fikir ayrılığı var İran

22.05.2025

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsi ilə ABŞ arasında uranın zənginləşdirilməsi məsələsində ciddi fikir ayrılığı olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, Əraqçi bu açıqlamanı Səudiyyə Ərəbistanı mərkəzli “Asharq News” telekanalına müsahibəsində verib.

Nazir bəzi mövzularda tərəflərin bir-birini daha yaxşı anlamağa başladığını, lakin əsas məsələlərdən birində – uranın zənginləşdirilməsi sahəsində – hələ də ciddi fikir ayrılığının davam etdiyini bildirib:

“Xüsusilə uranın zənginləşdirilməsi məsələsində ABŞ ilə aramızda ciddi fikir ayrılığı var. Bu məsələ həll olunmadan razılaşmanın əldə ediləcəyini düşünmürəm,” – deyə Əraqçi qeyd edib.

İran nüvə proqramına məhdudiyyət qarşılığında beynəlxalq sanksiyaların ləğvini istəyir.

ABŞ rəsmiləri əvvəlki bəyanatlarında Tehranın az miqdarda uran zənginləşdirməsinə razı olduqlarını bildiriblər. Lakin son zamanlar Vaşinqton İranın bütün səviyyələrdə uran zənginləşdirmə fəaliyyətini tamamilə dayandırmasını tələb edir.


Aysel,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью