Uran satmağa çalışanlar həbs olundu

17.07.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Gürcüstan xüsusi xidmət orqanları Batumidə uranın (radioaktiv kimyəvi element) qanunsuz alqı-satqısına görə biri Gürcüstan vətəndaşı olmaqla, iki nəfəri saxlayıb.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin direktoru Baça Mqeladze deyib.

“Əks-kəşfiyyat idarəsi və Xüsusi Əməliyyat Departamentinin əməkdaşları birgə keçirdikləri əməliyyat nəticəsində Batumidə nüvə materialının, xüsusilə uran radioaktiv kimyəvi elementinin qanunsuz alqı-satqısı ilə məşğul olan bir Gürcüstan və bir xarici vətəndaşı saxlayıb. Saxlanılan şəxslər arasında bağlanmış sövdələşməyə əsasən, uranın 3 milyon dollarlıq qanunsuz satışı planlaşdırılıb. Bu nüvə materialı müxtəlif partlayıcı qurğuların istehsalı və terror aktlarının həyata keçirilməsi üçün yararlıdır”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью