Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ölkə vətəndaşını xarici vətəndaşa radioaktiv maddə - uran satmaq cəhdində şübhəli bilərək saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs əlində olan Uran-238-i 700 min dollara xarici vətəndaşa satmağı planlaşdırıb. Həmin şəxsi 10 ilədək həbs cəzası gözləyir.