Ürək ağrılarına qarşı faydalı məhsul

16.11.2024

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Danimarka alimlərinin fikrincə, dəniz kələmi damar divarlarını möhkəmləndirdiyi üçün ürək ağrılarından əziyyət çəkənlərin onunla qidalanması faydalıdır.

Onlar bu qənaətə apardıqları təcrübədən sonra gəliblər.

Milli.az xəbər verir ki, tədqiqatçılar təcrübə zamanı ürək-damar xəstəliyindən əziyyət çəkənləri iki qrupa ayırıblar: bir qrup adəti qaydada qidalanıb, o biri qrupun yeməyinə isə dəniz kələmindən əlavələr ediblər.

Məlum olub ki, hər gün qida rasionuna dəniz kələmi əlavə edənlərdə ürəyin işi stabilləşib, arterial təzyiq normaya düşüb və onlar özlərini kifayət qədər yaxşı hiss edirlər.

Dəniz kələmi aptek və supermarketlərdə preslənmiş şəkildə satılır. Onu suda bir qədər isladıb salat və istənilən yeməklərə əlavə edə bilərsiniz.

Bununla belə bir sıra qastroenteroloji patologiyalar zamanı ondan istifadə etmək olmaz, ona görə də əvvəlcədən həkimlə məsləhətləşmək lazımdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью