Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ürək bulandıran, ucuz mövzulara əl atmaqdan başqa yolun qalmayıb” İnfluenser Leyla Hüseynova (Leila Land) həmkarı Həmidə Səlimovaya (Hemistyle) söz atıb.OLAY yazır ki, o, qonaq olduğu “Aikin talks” proqramında Heminin sözünü varlı göstərdiyini iddia edib:“Allah eləsin gerçək olsun.
Nə qazanıb, qazanmadığını bilmirəm, amma Həmidənin səhifəsinə baxanda elə bilərəm ki, dünyanın ən oliqarx insanıdır, çünki zövqü gözəldir, əcəb edirsən.
Amma o qədər də varlı deyil”.Həmidə Leylanı cavabsız qoymayıb.
O, “Story” bölümündə həmkarına belə cavab verib:“Başım səyahətə qarışmışdı, amma düşündüm ki, bu dəfə bu qeyri-etik atmacaya cavab verim.
Çünki bəzən səssiz qalmaq qarşı tərəfin özünü haqlı saymasına səbəb olur.
Əziz Leyla, sənin nə haqqın var ki, kiminsə gəlirini hesablayırsan?!
Amma etiraf edim, bu cür cəsarətsiz və qeyri-etik addım da elə sənə yaraşar.