Ürək cərrahı xəstəni əməliyyat etdikdən sonra infarkt keçirdi FOTO

20.01.2025

Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbulda çalışan Ürək Damar Cərrahiyyəsi Mütəxəssisi Dr. Sefa Eltutan gənc yaşında dünyasını dəyişib.

Manset.az xəbər verir ki, Təhsil və Araşdırma Xəstəxanasından verilən açıqlamada bu ifadələr yer alıb:

"Dəyərli həmkarımız, Ürək-Damar Cərrahiyyəsi Klinikasında həkim kimi çalışmış Doktor Sefa Eltutan dünyasını dəyişib. Mərhuma Allah rəhmət eləsin, yaxınlarına başsağlığı veririk".

Gənc həkim Sakaryanın Hendek rayonunda günorta namazından sonra qılınan cənazə namazından sonra torpağa tapşırılıb.

Qeyd edək ki, Doktor Sefa Eltutan xəstəsini əməliyyat edəndən sonra ürək tutmasından dünyasını dəyişib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью