Ürək cərrahını salafan torba ilə boğublar Avtomobilində + FOTOLAR

11.12.2024

Icma.az, Mia.az saytına istinadən bildirir.

Türkiyənin Sakarya bölgəsinin Adapazarı mahalının Karakamış rayonunda ürək cərrahı mafiyasayağı öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sakaryada tanınmış ürək-damar cərrahı olan Okan Dericioğlunun cəsədi yolda dayanmış avtomobilində tapılıb.

Onu başına salafan torba keçirilməklə, nəfəssiz qoyaraq boğub öldürüblər: "Xəbər üzrə hadisə yerinə yollanan polislər öldürülən şəxsin Yenikent Dövlət Xəstəxanasında Ürək-Damar cərrahı Okan Dericioğlu olduğunu müəyyən ediblər. Onun üzərində başqa hər hansı bir xəsarət izi olmayıb.  Meyit ekspertizaya verilib. Fakt araşdırılır".

Firudin Səfərli
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью