Ürək əməliyyatından sonra öldü

17.11.2026

Icma.az, Axsham.az saytına istinadən bildirir.

Rusiyalı model və teleaparıcı Svetlana Kunitsına vəfat edib.

Axşam.az xəbər verir ki, o, 57 yaşında ürək qapağından keçirdiyi əməliyyatdan sonra yaranan ağırlaşmalar səbəbindən dünyasını dəyişib.

Svetlana əməliyyatdan sonra süni qan dövranı aparatına qoşulub və dərman vasitəsilə komaya salınıb. Daha sonra qısa müddətə özünə gəlib və ürəyi yenidən fəaliyyət göstərməyə başlayıb. Lakin dünən onun ürəyi dayanıb.

Qeyd edək ki, Svetlana ilk olaraq model kimi tanınıb. O, NTV kanalında yayımlanan “Nаmedni” proqramında şərhçi olub. Həmçinin moda haqqında “İskusstvo vysokoy modı” və “Şinel #5” adlı verilişlər aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью