Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsveçrəli ürək cərrahı Diana Reser ikinci dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Axşam.az xəbər verir ki, həkim ürək formasında olan əşyalardan ibarət dünyanın ən böyük kolleksiyasının sahibi kimi rekorda imza atıb.
Diana Reserin kolleksiyasında geyimlər, zinət əşyaları, sənət əsərləri və ürək formasında olan müxtəlif əşyalar da daxil olmaqla, ümumilikdə 3200 eksponat var.
Həkim kolleksiya toplamağa təxminən 25 il əvvəl, tibb universitetində təhsil aldığı dövrdə başlayıb. Onun kolleksiyasında eynəkdən avtomobil üçün hava təravətləndiricisinə, kosmetikadan saç sancaqlarına və ev əşyalarına qədər müxtəlif nümunələr var.
Qeyd edək ki, Diana Reser ilk dəfə 2010-cu ildə 775 əşya ilə rekorda imza atıb. 2024-cü ildə amerikalı Syuzan Vest 1560 eksponatla onu geridə qoysa da, Reser kolleksiyasını genişləndirərək rekordu yenidən ələ keçirib. Həkimin bədənində ürək formasında altı döymə də var.