Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı

24.09.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomini ürək problemi ilə bağlı tibbi prosedurdan sonra məşqlərə qayıdıb.

QOL.az xəbər verir ki, “Goal”ın məlumatına görə, 29 yaşlı futbolçu klubun bazasında fərdi məşq edib. O, hələ komanda ilə ümumi məşqlərə qoşulmayıb.

Maktomini “İnter”, “Bolonya” və “Fiorentina” ilə oyunları buraxıb. Şotlandiyalı futbolçunun oktyabrın 10-da “Frozinone”yə qarşı matçda meydana qayıtması gözlənilir.

Qeyd edək ki, Maktomini bu mövsüm 2 oyunda iştirak edib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью