Icma.az, Saglamolun portalına istinadən məlumat yayır. Normada insan sakit vəziyyətdə ürək döyünməsini hiss etməməlidir.
Fiziki gərginlik, stress zamanı ürək döyünməsi artır və biz bunu hiss edirik. Bu normaldır.
Lakin əgər insan sakit vəziyyətdə ürəyin döyünməsini, ürəyin təkanlarını hiss edirsə, bu hər hansı pozulmanın əlaməti ola bilər.
Əgər bu hal tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bəzən insanlar əksinə ürək döyünməsinin zəifləməsini hiss edir.
Ürək sanki "dayanır". Bu da müxtəlif pozulmaların əlaməti ola bilər. Ürək ritminin pozulması "aritmiya" adlanır.
Aritmiyanın bir neçə növü var. Bəzən aritmiya özünü heç bir simptomla büruzə vermir.
Lakin əksər hallarda insan ürək ritminin pozulmasını hiss edir.
Aritmiya özünü müxtəlif simptomlarla büruzə verir: - zəiflik - başgicəllənməsi - ürəyin "dayanması" hissi və ya əksinə ürəyin güclü təkanları - ürək nahiyəsində sıxılma hissi - bayılma və s.