Ürək sağlamlığı üçün saat neçədə yatmaq lazımdır? Kardioloq optimal vaxtı açıqladı

05.11.2026

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Ürək sağlamlığını qorumaq və arterial təzyiqi sabit saxlamaq üçün yatmağa getməyin ən uyğun vaxtı axşam saat 22:00–23:00 arasıdır.

Kardioloq Veronika Rouz bu barədə Eating Well nəşrinə müsahibəsində bildirib.

Mütəxəssis xəbərdarlıq edib ki, gecə yarısından sonra yuxuya gedən insanlarda ürək-damar xəstəlikləri riski artır. Hətta kifayət qədər yatılsa belə, hər gün yatmaq vaxtının dəyişməsi də təhlükəli ola bilər.

Rouz əlavə edib ki, müntəzəm yuxusuzluq orqanizmin gecə ərzində bərpasına mane olur. Bu müddətdə ürək döyüntüləri yavaşlayır, qan damarları boşalır və arterial təzyiq aşağı düşür. Buna görə də yuxu rejiminin pozulması ürək-damar sisteminə mənfi təsir göstərir.

Kardioloq onu da bildirib ki, hər gün təkrarlanan və doqquz saatdan çox davam edən yuxu hipertoniya riskini artırır. Onun sözlərinə görə, həkimlər gündə 7–9 saat yatmağı tövsiyə edirlər. Çünki kifayət qədər yuxu orqanizmin bərpası və arterial təzyiqin sağlam şəkildə tənzimlənməsi ilə əlaqəlidir.

Sunay

AzPost.az

Post navigation

Previous: Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью