Ürək transplantasiyası xarakteri də dəyişdirə bilər?

17.10.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Çinli professor Syaopin Ren ürək transplantasiyası əməliyyatından sonra insanın xarakterində dəyişikliklərin ola biləcəyini bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Professorun sözlərinə görə, bu cür hallar mütləq şəkildə elmi cəhətdən dərindən araşdırılmalıdır.

"Baxmayaraq ki, mən ürək-damar cərrahiyyəsi üzrə ixtisaslaşmamışam, ürək köçürülməsindən sonra pasiyentlərin xasiyyətinin bəzən dəyişdiyi barədə hekayələr eşitmişəm. Təbii ki, bu, öyrənilməsi vacib olan olduqca maraqlı bir elmi məsələdir", - deyə S.Ren bildirib.

Həmçinin, alim heyvan orqanlarının insana köçürülməsini nəzərdə tutan ksenotransplantasiya sahəsindəki tədqiqatların perspektivli olduğunu diqqətə çatdırıb. Onun fikrincə, donuz orqanları insan orqanlarına daha çox bənzəyir, buna görə də alimlər onların tibdə istifadə imkanlarını aktiv şəkildə tədqiq edirlər.

Gələcəkdə bu istiqamətdə klinik araşdırmalara başlanıla bilər və hətta nəzəri cəhətdən donuzun onurğa beyninin insana transplantasiyası da mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью