Ürək tutması keçirən sürücünün maşını kollektora aşdı

28.07.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Biləsuvarda yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Niva" markalı avtomobil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi kollektora düşüb.

İlkin məlumata görə, sürücüsü 1960-cı il təvəllüdlü Əlizadə Əliyev sükan arxasında ürək tutmasından vəfat edib, avtomobil bu səbəbdən idarəetmədən çıxıb.

Faktla bağlı araşdırma başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью