Ürək tutması və ürək çatışmazlığı fərqli xəstəliklərdir?

20.11.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son dövrlərdə ürək-damar xəstəlikləri yalnız yaşlılarda deyil, cavan insanlarda da tez-tez müşahidə edilir.

Qəfil ölüm halları ilə bağlı statistikalar da narahatlıq doğurur, bəzən qəfil ölümlərə səbəb “ürək çatışmazlığı” və ya “ürək tutması” kimi göstərilir ki, bu da bir çox insanın sualına səbəb olur:

Bunlar eyni haldır, yoxsa fərqli tibbi vəziyyətləri ifadə edir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən həkim-kardioloq Gülanə Ağayeva bildirib ki, hər iki xəstəlik tamamilə fərqlidir:

“Ürək tutması və ürək çatışmazlığı bir-birindən fərqli xəstəliklərdir və hər biri fərqli simptomlarla özünü göstərir. Ürək tutması dedikdə daha çox qəfil ürək dayanması, infarkt və ya anidən ürəkdə yaranan güclü ağrılar nəzərdə tutulur.

Bu vəziyyət çox vaxt ani baş verir və həyati təhlükə yarada bilər. Ürək tutması zamanı insan tez-tez döş qəfəsində sıxılma, təzyiq və ya kəskin ağrı hiss edir və dərhal tibbi yardım tələb olunur.

Ürək çatışmazlığı isə fərqli və daha uzunmüddətli bir problemdir. Bu vəziyyət əsasən ürəyin bədəni kifayət qədər qanla təmin etmək gücünün azalması ilə bağlıdır.

Səbəblər arasında ürək əzələsinin zəifləməsi, ürək klapanlarındakı problemlər və ya digər ürək xəstəlikləri ola bilər”. 

Həkim qeyd edib ki, ürək çatışmazlığı adətən tədricən inkişaf edir və nəfəs darlığı, yorğunluq, ayaqlarda ödem və digər davamlı əlamətlərlə özünü göstərir:

“Sadəcə olaraq, ürək tutması ani və ağrılı vəziyyətlər şəklində üzə çıxarkən, ürək çatışmazlığı uzun müddət davam edən və gündəlik həyatı məhdudlaşdıra bilən simptomlarla müşayiət olunur. Hər iki halda vaxtında müayinə və müalicə həyati əhəmiyyət daşıyır”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью