Ürək tutmasından əvvəl bədən bu siqnalları verir 4 əsas təhlükə

27.11.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Təxminən 9 milyon insanın sağlamlıq məlumatlarının təhlili göstərib ki, infarkt, insult və ürək çatışmazlığı keçirənlərin 99 faizində əvvəlcədən dörd əsas risk faktorundan ən azı biri mövcud olub.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 2025-ci ildə dərc olunan araşdırmada ABŞ və Cənubi Koreyada təxminən 9 milyon insanın tibbi məlumatları təhlil edilib.

Alimlər yüksək qan təzyiqi, yüksək xolesterin, yüksək qan şəkəri və tütün istifadəsinin ürək-damar xəstəliklərinin əsas risk faktorları olduğunu müəyyən ediblər.

Araşdırmanın ən diqqətçəkən nəticəsi isə infarkt, insult və ya ürək çatışmazlığı keçirənlərin 93 faizində xəstəlikdən əvvəl yüksək qan təzyiqinin qeydə alınmasıdır.

Tədqiqatçılar bildirirlər ki, sistolik qan təzyiqinin cəmi 5 mm civə sütunu azaldılması insult, infarkt və ürək çatışmazlığı riskinin təxminən 12 faiz aşağı düşməsi ilə əlaqələndirilir.

Alimlər ürək-damar xəstəliklərindən qorunmaq üçün qan təzyiqi, xolesterin və şəkər səviyyələrini mütəmadi yoxlatmağı, siqaretdən uzaq durmağı və mövcud sağlamlıq problemlərini vaxtında müalicə etməyi tövsiyə edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью