Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ürək və damar xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Muhammed Keskin meyvələrin sağlamlığa təsiri ilə bağlı apardığı qiymətləndirmənin nəticələrini açıqlayıb.
Araşdırmanın nəticələrinə əsasən, sağlamlıq baxımından ən yüksək göstəricini meşə giləmeyvələri əldə edib. Qaragilə və böyürtkən kimi meyvələr 10 bal toplayaraq siyahının zirvəsində yer alıb.
Mütəxəssis bildirib ki, bu meyvələr damarların elastikliyini artırmağa kömək edir və ürək-damar sisteminin qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, meşə giləmeyvələri ürəyə faydalılığı baxımından banan, portağal və avokado kimi məşhur meyvələri də geridə qoyub.
Prof. Dr. Muhammed Keskin meyvələrin yalnız növünün deyil, istehlak formasının da vacib olduğunu vurğulayıb. O qeyd edib ki, təzə və qurudulmuş meyvələr arasında qida dəyəri baxımından fərqlər mövcuddur və nəzarətsiz istifadə müəyyən risklər yarada bilər.
Həkim həmçinin bəzi meyvələrin reseptlə qəbul edilən dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyini xatırladaraq, xüsusilə xroniki xəstəliklərə görə müntəzəm dərman qəbul edən şəxslərə diqqətli olmağı tövsiyə edib.
Mütəxəssisin açıqlaması sağlam qidalanma və ürək sağlamlığının qorunması mövzusunda geniş maraq doğurub.eyla
Leyla
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Araşdırmanın nəticələrinə əsasən, sağlamlıq baxımından ən yüksək göstəricini meşə giləmeyvələri əldə edib. Qaragilə və böyürtkən kimi meyvələr 10 bal toplayaraq siyahının zirvəsində yer alıb.