Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kardioloq Marşal Runge ürək sağlamlığını qorumağa və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edən bir neçə bitki mənşəli qidanı açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Runge brokoli və kələm kimi xaççiçəkli tərəvəzlərin ürək üçün faydalı olduğunu bildirib.
Onun sözlərinə görə, bu tərəvəzlər “pis” xolesterinin səviyyəsini azaltmağa, iltihabla mübarizə aparmağa və qan təzyiqini normada saxlamağa kömək edən liflə zəngindir. Həkim qeyd edib ki, brokoli və kələmin tərkibində ürək-damar xəstəliklərindən qorunmağa kömək edən antioksidant sulforafan da var.
Kələm, həmçinin ürəkdə və digər orqanlarda damarların kalsifikasiyasının qarşısının alınmasında mühüm rol oynayan K vitamininin yaxşı mənbəyidir.
Kardioloq çuğunduru da ürək sağlamlığı üçün faydalı qidalar sırasında göstərib:
“Çuğundur lif və antioksidantlarla yanaşı, orqanizmdə azot oksidinə çevrilən qida nitratları ilə də zəngindir. Bu maddə qan damarlarının genişlənməsinə və qan təzyiqinin müəyyən qədər azalmasına kömək edə bilər”.
Runge ürək sağlamlığını qorumaq üçün qida rasionuna noxud, mərcimək və lobya kimi paxlalı bitkilərin də daxil edilməsini tövsiyə edib.
O bildirib ki, paxlalılar bitki mənşəli zülal və liflə zəngindir, həmçinin yağlı heyvan mənşəli zülal mənbələrini əvəz edə bilər.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin