Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Əczaçı Guillermo Martín ürək-damar xəstəlikləri olan insanların qidalanmasında yol verdiyi təhlükəli səhvə diqqət çəkib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kifayət qədər meyvə yeməmək ürək-damar sağlamlığı üçün həddindən artıq duz istehlakı qədər zərərli ola bilər.
Martín bildirib ki, bütöv meyvələri tərkibində təbii və ya əlavə şəkər olan digər qidalarla eyniləşdirmək düzgün deyil. Onun sözlərinə görə, meyvələrdə lif, su, vitaminlər, minerallar və orqanizm üçün faydalı digər birləşmələr var.
Əczaçı ürək-damar sistemi üçün faydalı qidalar sırasında toxumları, qoz-fındıqları və tam taxılları da qeyd edib.
Mütəxəssis ürək-damar xəstəlikləri olan şəxslərə sağlam qidalanmaqla yanaşı, müntəzəm fiziki fəaliyyətlə məşğul olmağı, kifayət qədər su qəbul etməyi və yetərli istirahət etməyi tövsiyə edib.
Qeyd edək ki, daha əvvəl kardioloq Rəşid Sonqurov qanda xolesterinin yüksək olmasının geniş yayılmayan səbəblərindən danışıb. O, xroniki stressi də bu amillər sırasında göstərib.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin