Ürək xəstəliklərinin ilk əlaməti nədir? AÇIQLAMA

14.01.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəzi ürək patologiyaları özünü xroniki başgicəllənmə ilə göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə gazeta.ru-ya həkim Aleksandra Quseva məlumat verib.

Onun sözlərinə görə, belə hallar aritmiyalar, ürək çatışmazlığı, eləcə də ürəyin struktur xəstəlikləri, o cümlədən qüsurlarla əlaqəli ola bilər.

Mütəxəssis bildirib ki, xroniki başgicəllənmə dedikdə aylarla davam edən qeyri-sabitlik və yırğalanma hissi nəzərdə tutulur. Pasiyentlər adətən hərəkət zamanı, küçədə yeriyərkən, insanların sıx olduğu məkanlarda, ictimai nəqliyyatda və ya metro perronunda simptomların gücləndiyini qeyd edirlər. Bu, əsasən güclü vizual stimulla əlaqədardır.

Aleksandra Qusevanın sözlərinə görə, xroniki vestibulyar sindromun səbəbləri sırasında yalnız qulaqla bağlı problemlər deyil, həm də digər orqan və sistemlərin xəstəlikləri ola bilər. Bunlara kardioloji xəstəliklər, beyinciyin zədələnməsi ilə müşayiət olunan nevroloji patologiyalar, dərmanların yan təsirləri, polineyropatiya və anemiya daxildir.

Həkim vurğulayıb ki, xroniki başgicəllənmə zamanı simptomlar adətən kəskin olmur, lakin gün ərzində zəifləyə və ya güclənə bilər. Lakin qəfil yaranan güclü başgicəllənmə, ürəkbulanma və qusma müşahidə edilərsə, bu, təcili tibbi yardıma müraciət etmək üçün ciddi səbəbdir.

Onun sözlərinə görə, belə hallarda həkimlər insult və ya həyat üçün təhlükəli ola bilən ürək patologiyalarını istisna etmək məqsədilə zəruri müayinələr aparırlar.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью