Ürəktutma, iflic və stressdən uzaq olacaqsınız KEŞNİŞ TOXUMUNUN FAYDALARI

16.11.2024

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Göyərtilərin insan sağlamlığındakı rolu hər kəsə məlumdur. Amma onların toxumu da bir o qədər faydalıdır.

Lent.az keşniş toxumunun 7 faydasını təqdim edir.

- Göz sağlığına olduqca faydalıdır. Tərkibindəki A vitamini ilə görmə problemlərinin qarşısını alır.

- B vitamini sayəsində sinir sisteminə dəstək verir. Yuxusuzluq, yorğunluq və stress kimi narahatlıqları azaldır.

- Ürəktutma və iflic kimi riskli xəstəliklərin yaranmasını azaltmağa kömək edir. Eyni zamanda xolesterol səviyyəsini də tarazlaşdırır.

- İmmunitet sistemini gücləndirir. Keşniş toxumu tərkibindəki antibakterial xüsusiyyəti sayəsində bədəni infeksiyalara qarşı qoruyur.

- Ağız qoxusunu aparır və ağızda yaranan yaralara infeksiya düşməsini əngəlləyir.

- Kalsium baxımından zəngin olan keşniş sümüklərin uzun illər boyu sağlıqlı və güclü qalmasını təmin edir.

- Tərkibində olan uçucu yağ turşusu sayəsində dəri problemlərinin daha sürətli sağalmasını təmin edir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью