Icma.az, Moderator.az saytına istinadən bildirir. "Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bovaya İtaliyada futbol oynamaq qadağan oluna bil
Publika.az xəbər verir ki, bu barədə “La Nazione” məlumat yayıb.
Həkimlər italyalı futbolçunun mümkün ürək patologiyasını müəyyən etmək üçün genetik testlər keçirməyi planlaşdırırlar.
Həkimlər Bovenin ürək problemlərinin anadangəlmə aritmogen kardiomiopatiyaya səbəb ola biləcəyini irəli sürürlər.
Diaqnoz təsdiqlənərsə, yarımmüdafiəçiyə kardioverter-defibrilator implantasiyası lazımdır.
A Seriyasının reqlamentində futbolçuların kardiostimulyatorla oynamasını qadağan edən bənd var.
Bu da 22 yaşlı futbolçunun ən yaxşı halda ölkə xaricinə üz tutmasına səbəb ola bilər.
2021-ci ildə Avropa çempionatı matçında ürək tutması keçirən Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen də oxşar vəziyyətlə üzləşib.