Ürəyi dayanan futbolçuya həkimlərdən şok qərar

08.12.2024

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

"İnter" ilə oyunda ürəyi dayanan "Fiorentina"nın oyunçusu Eduardo Bove üçün həkimlər tərəfindən verilən qərar karyerasına böyük təsir göstərəcək.

Ölkə.az Offsideplus.az-a istinadən xəbər verir ki, futbolçuya ürək implant kardioverter-defibrilyator yerləşdiriləcək. Ancaq ona cihazla oynamağa icazə verilməyəcək. Bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

Belə olan halda Bove İtaliya A Seriyası ilə vidalaşmalı olacaq. 

Qeyd edək ki, icarə əsasında "Fiorentina"da çıxış edən  Eduardonun doğma klubu "Roma" ilə 2028-ci ilə qədər müqaviləsi var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью