Ürəyi dayanan şəxs həyata belə qaytarıldı ANBAAN GÖRÜNTÜLƏR

11.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bu barədə Ölkə.az-a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, 1963-cü il təvəllüdlü şəxs (kişi) kəskin stenokardiya səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentdə ürək fəaliyyətinin dayanması müşahidə edilib. Təxminən 25 dəqiqə ərzində aparılan ürək-ağciyər reanimasiyası və digər təxirəsalınmaz tibbi müdaxilələr nəticəsində pasiyentin həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, stenokardiya ürək əzələsinin kifayət qədər oksigen ala bilməməsi səbəbilə yaranan qəfil və sıxıcı sinə ağrısıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью