Ürəyi gücləndirmək üçün ƏLA VASİTƏ

15.11.2024

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu immuniteti və ürəyi gücləndirmək üçün əla vasitədir. Quru ərik, kişmiş və qozda çoxlu kalium ionları var. Kalium ürəyin ritmik işləməsi üçün lazımdır.

Sağlamolun.az hazırlanma qaydasını təqdim edir:

Bunun üçün bizə lazımdır:
- üç limon;
- 200 q gavalı;
- 200 q kişmiş;
- 200 q quru ərik;
- 200 q qoz;
- 100 q yemişan;
- 100 q itburnu.

Bütün bunları ətçəkən maşında çəkmək lazımdır. Sonra bu qarışığa 250 q bal əlavə etmək lazımdır. Daha sonra qarışdırıb 10 gün soyuducuya qoyun.

Bu şəkildə tətbiq edin: Hər gün boş  mədəyə 1 yemək qaşığı yeyin. Dadlı, xoş və sağlamlıq dolu vasitədir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью