“Ürəyimi və gözlərimi kimin alacağı mənə maraqlıdır” Kadir İnanır

29.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Türk kinosunun tanınmış siması, “Yeşilçam”ın əfsanəvi aktyoru Kadir İnanırın orqanlarını bağışladığı məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə mərhum aktyorun bacısı oğlu Levent İnanır jurnalistlərə deyib.

O, jurnalistlərin “Son dövrlərdə hər hansı vəsiyyəti olubmu” sualına cavab olaraq bildirib:

“Vəsiyyəti çox gözəl idi. Qəzetlərdən biri yazmışdı ki, orqanlarını bağışlamışdı. Ən çox da “ürəyimi və gözlərimi alacaq adam mənə maraqlıdır” demişdi. Belə bir vəsiyyəti var idi”.

Qeyd edək ki, Kadir İnanır iyunun 26-da İstanbulda 77 yaşında vəfat edib.

Lalə,

BakuPost




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью