Icma.az, Lent az saytına istinadən bildirir.
Alimlər narın tərkibindəki bəzi maddələrin bağırsaq bakteriyaları tərəfindən parçalanması nəticəsində yaranan urolitin A-nın ürəyə təsirini araşdırıblar.
Lent.az xəbər verir ki, ürək çatışmazlığı olan siçanlar üzərində aparılan sınaqlarda maddənin ürək fəaliyyətinin bəzi göstəricilərini 80 faizə qədər yaxşılaşdırdığı müəyyənləşib.
Tədqiqatçılar nəticələrin ümidverici olduğunu, lakin maddənin insanlarda ürək çatışmazlığının müalicəsi kimi istifadə olunması üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.