Ürəyində problem olanların nəzərinə Suyu qədərincə için!

20.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Ürək-damar xəstəliyi olan insanlar yay aylarında su qəbuluna nəzarət etməlidirlər. Çünki artıq maye qəbulu ürək üçün bir növ yük yaradır.

Moderator.az xəbər verir ki, bunu məşhur kardioloq və tibb elmləri doktoru Andrey Kondraxin deyib. O qeyd edib ki, sudan imtina da arzuolunmazdır.

"Məsələ çox su içməyə qadağa qoyulmasında deyil. Biz sadəcə artıq su qəbulunu qan dövranını pozduğu üçün məhdudlaşdırırıq. Əks təqdirdə qan durğunlaşır, şişkinlik yaranır və bu simptom keçmir. Bütün bunlar qanda baş verir və ürəyə gərginlik yaradır, ürəyin qanı bədənə dövr etdirməsi çətinləşir. Buna görə də, sudan imtinanı deyil, sadəcə su qəbulunu məhdudlaşdırmağı tövsiyə edirik. Su heç kim üçün tamamilə qadağan edilməməlidir. Çünki maye plazmanın qorunması üçün vacibdir",- mütəxəssis qeyd edib.

Kardioloq onu da izah edib ki, su ürək xəstəliyi olan insanlar üçün son dərəcə vacibdir. Kondraxin tövsiyə olunan gündəlik su qəbulunu sadalayıb: "Biz ürəyin müalicəsi üçün xüsusi dərmanlar, diuretiklər (sidikqovucu vasitələr-red.) təyin edirik. Onlar lazım olmayan mayenin hüceyrələrarası məkandan bədəndən hasil olmasına təsir göstərir. Lakin su qan dövranında qalır, ona görə də biz su qəbulunu məhdudlaşdırırıq ki, bu da müəyyən bir müddət ərzində olur. İnsan bədən çəkisinin hər kiloqramına 30 millilitr su içməlidir ki, bu da gündəlik normadır. Qalan vaxtlarda isə su qəbulunu azaltmağı məsləhət görürük".

(publika)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью