Ürəyində rəhm olanın,qismətində rəhmət olar

24.02.2025

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsaf da ondadı,mürvət də onda.

Ədalət adında,bir sərvət onda.

Elə bil rengendi,var qüdrət onda,

Məsum canlıların həkimi Fuad.

******

Pişik və itlərə şəfa verəndi,

Elə bil alimdi,dərdi biləndi.

Hər bir xəstəliyə qalib gələndi,

Məsum canlıların həkimi Fuad.

******

Heyvanlar insanın xilaskarıdı.

Yaxın köməkçisi,həm dostlarıdı.

Onların sağlamlıq səbəbkarıdı,

Məsum canlıların həkimi Fuad.

******

O dilsiz,ağızsız məsum canlıya,

Bir həkim lazımdı,dərdin anlıya.

Ucalır savabla ulduza,aya,

Məsum canlıların həkimi Fuad.

******

O məsum dostlara,biz dayaq olaq,

Hər zaman onların qeydinə qalaq.

Olubdu həmişə keşikdə oyaq,

Məsum canlıların həkimi Fuad.

******

Savadlı həkimdi,dərdləri bilir.

Dərdin öhdəsindən çox asan gəlir.

Hər zaman“dostlara”köməyə gəlir,

Məsum canlıların həkimi Fuad.

******

Məşhurdu“Bakuvet”məşhurdu burda.

İşləyir həmişə,istidə-qarda.

Kömək istəyəni,qoymayır darda,

Məsum canlıların həkimi Fuad.

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью