Ürəyinə defibrilyator qoşulmasına razılaşdı

06.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın "Fiorentina" klubunun hazırda xəstəxanada olan 22 yaşlı yarımmüdafiəçisi Edoardo Bove ürək dayanmasının qarşısını alan defibrilyator quraşdırılmasına razılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

Əməliyyatdan sonra idmançının sağlamlığı üçün təhlükə aradan qaldırılacaq. Lakin İtaliya idman təbabəti və kardiologiya normalarına əsasən, defibrillyator quraşdırılmış oyunçular yarış müsabiqələrində iştirak edə bilməzlər.

Qeyd edək ki, futbolçu A Seriyasının XIV turunda, "İnter"lə oyunda huşunu itirdikdən sonra reanimasiyaya yerləşdirilib. Hazırda o, reanimasiya şöbəsindən kardiologiya şöbəsinə köçürülüb və dəqiq diaqnozun qoyulması üçün test prosesi davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью