Urmiya gölü canlandı VİDEO

10.12.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Urmiyə gölündə su səviyyəsi yağışlardan sonra yüksəlib.

Milli.Az xəbər verir ki, son günlər bölgədə yağan güclü yağışlar Urmiyə gölündə su səviyyəsinin artmasına səbəb olub.

Uzun müddətdir quruma təhlükəsi ilə üzləşən göldə müşahidə olunan canlanma yerli mütəxəssislər və əhali tərəfindən müsbət qarşılanıb.

Məlumata görə, yağışların intensivliyi ekosistemin bərpasına əlavə imkan yaradıb və gölün tam bərpası ilə bağlı ümidləri artırıb.

Bildirilir ki, prosesin davamlı olması üçün həm təbii şərait, həm də insan müdaxiləsinin azaldılması vacibdir.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью