Urmiya gölü ilə bağlı şad xəbər

10.06.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son 1 il ərzində Urmiya gölünün su miqdarı 18 dəfə artıb.

Axar.az xəbər verir ki, bunu Qərbi Azərbaycan əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Höccət Cabbari deyib.

Onun sözlərinə görə, hazırda Urmiya gölündə mövcud olan su miqdarı 4 milyard 280 milyon kubmetrdir.

Qeyd edək ki, Urmiya gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kubmetrdir.

May ayında Urmiya gölündə su miqdarı 3.5 milyard kubmetrə çatmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью