Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub.
Moderator.az ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib.
"Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,60 metrə yüksəlib", - məlumatda bildirilib.
Qeyd edək ki, Yaxın Şərqin ən böyük duzlu göllərindən biri olan Urmiya son onilliklərdə ciddi su itkisinə məruz qalıb və quruma təhlükəsi ilə üzləşib.