Urmiya gölünün duz fırtınası Ərdəbilə də çatdı

14.10.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ərdəbildə olan hava çirkliliyi, toz daxili mənşəlidir və əsasən Urmiya gölünün cənubundan başlayan fırtınanın nəticəsidir.

Axar.az xəbər verir ki, bunu Ərdəbil əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin Baş direktoru Kiyumərs Sefidi deyib.

O, İran Ətraf Mühitin Mühafizəsi İdarəsinin də bunu təsdiq etdiyini bildirib.

Qeyd edək ki, Urmiya gölünün qurumuş yatağından başlayan duz fırtınaları ətraf əyalətlərə yayılmaqdadır. Bir gün əvvəl isə duz fırtınasının Qoşaçay (Miyandab) rayonunu bürüdüyü barədə məlumatlar yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью