Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda Urmiya gölündə 4 milyard kubmetrdən çox su mövcuddur.
Axar.az xəbər verir ki, bunu Qərbi Azərbaycan əyaləti Regional Su Şirkətinin başçısı Məcid Rəstqari deyib.
Onun sözlərinə görə, ötən ilin eyni dövründə göldə 1 milyard 290 milyon kubmetr suyun olduğuna görə, hazırkı vəziyyət Urmiya gölünün bərpası ilə bağlı ümidləri artırıb.
Qeyd edək ki, Urmiya gölünün maksimum tutumu 32, orta tutumu isə 15 milyard kibmetdir.