Urmiya yenidən canlanır Foto

14.11.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra suyun səviyyəsində artım müşahidə olunur.
Bizim.Media İranın İSNA agentliyinə istinadən xəbər verir ki, qısa müddət ərzində gölün səthi 24 kvadrat kilometr böyüyüb.
Suyun səviyyəsi də 1270,59 metrdən 1270,60 metrə qalxıb. Nəticədə gölün sahəsi 1971 kvadrat kilometrdən 1995 kvadrat kilometrə qədər genişlənib.
Qeyd edək ki, Yaxın Şərqin ən böyük duzlu göllərindən biri olan Urmiya gölü son onilliklərdə tamamilə quruma təhlükəsi ilə üz-üzə qalmışdı.


Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью