Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Urmu gölündə suyun həcmi kəskin artaraq 2,52 milyard kubmetrə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, ötən il bu göstərici 280 milyon kubmetrdən az olub.
Bu barədə Qərbi Azərbaycan Regional Su Şirkətinin rəhbəri məlumat verib. Onun sözlərinə görə, hazırda göldə suyun səviyyəsi 1270,58 metr təşkil edir.
Bildirilib ki, bu göstərici ötən illə müqayisədə su səviyyəsinin bir metrdən çox artdığını göstərir.