Uroloqdan lazerlə sünnətin təhlükələri ilə bağlı XƏBƏRDARLIQ VİDEO

23.02.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sünnət əslində lazerlə icra olunmur. Bu elektrokoterə xalq arasında verilən addır. Elektrokoterin lazer adlandırılan monopolyar növü əslində təhlükəlidir”.
Bizim.Media xəbər verir ki, bu barədə “Baku TV”də yayımlanan, Turanə Rəsulovanın aparıcısı olduğu “BakuMed” verilişində qonaq olan uşaq urologiyası uzmanı Pərviz Hacıyev məlumat verib.
Həkim qeyd edib ki, monopolyar koterin yandırma dərəcəsi yüksək olarsa, bu həm sünnət dərisinə, həm də cinsiyyət üzvünə ciddi zərər verə bilər:
“Biz lazer adlandırılan sünnət növünü məsləhət görmürük. Təəssüf ki, elektrokoterlə icra olunan sünnət xətaları, yanıqlarla tez-tez qarşılaşırıq”, - deyə Pərviz Hacıyev əlavə edib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью