Ursula fon der Leyen: “Avropa dəyişməlidir” KONKRET

22.01.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun 55-ci sessiyasındakı çıxışında bildirib ki, dünya texnologiyalar və resurslar üçün şiddətli rəqabətin getdiyi yeni dövrə qədəm qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Urusla fon der Leyen daha sonra deyib: “Qlobal rifah vədləri yerinə yetirilmədi. Dünya Arktikadan Cənubi Çin dənizinə qədər Yerdə və kosmosda texnologiya və resurslar üçün yeni şiddətli rəqabət dövrünə qədəm qoydu. Dünya dəyişib və biz buna uyğunlaşmalıyıq”. Avropa Komissiyasının sədri Avropanın da dəyişilməli olduğunu bildirib.

Ursula fon der Leyen həmçinin qeyd edib ki, gələn həftə Aİ-nin texnologiya sahəsinə investisiyaların artırılmasını nəzərdə tutan rəqabət qabiliyyətinin artırılması strategiyası təqdim edilməlidir.

 Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью