Ursula fon der Lyayen: Aİ yə Rusiyanın enerji resurslarından tam imtina planı təqdim ediləcək

22.01.2025

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ursula fon der Lyayen bildirib ki, Fevralda Avropa İttifaqına (Aİ) Rusiyanın enerji resurslarından tam imtinanı nəzərdə tutan plan təqdim olunacaq.

"Yeni Azərbaycan" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentinin deputatları qarşısında çıxışı zamanı deyib. 

"Avropada enerji daşıyıcılarının qiymətləri ABŞ və ya Çindəki qiymətlərdən yüksəkdir. Buna görə də biz Rusiya yanacağından imtina prosesini yekunlaşdırana qədər onları aşağı salmalıyıq. Hər iki məqsəd vacibdir - onlara nail olmaq lazımdır. Bütün bunlar fevralda təqdim edəcəyimiz yeni enerji planının bir hissəsi olacaq", - sədr qeyd edib.

Onun sözlərinə görə, Aİ-də enerji qiymətlərinin Çin və ABŞ-dəki qiymətlərlə müqayisədə yüksək olmasına baxmayaraq, Rusiyanın enerji resurslarından tam imtina etmək lazımdır.

Havar Şəfiyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью