Ursula Fon der Lyayen: Avropa öz azadlığı uğrunda mübarizə aparmalıdır

27.11.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Qeyri-sabit dünyada Avropa öz gələcəyini formalaşdırmaq üçün azadlığı uğrunda mübarizə aparmalıdır.

Bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində (AP) çıxışı zamanı deyib.

"Biz öz rifahımıza və təhlükəsizliyimizə sərmayə qoymalıyıq. Həmçinin birliyimizə və dəyərlərimizə sadiq qalmalıyıq. Komandam və mən hər gün bunun üçün çalışırıq və çalışacağıq", - o qeyd edib.

AK Prezidenti yaşıl dünya üçün atılmalı olan addımlara da toxunub:

"Yaşıl, rəqəmsal və sosial keçid üçün lazım olan maliyyələşdirmənin qıfılını açmaq lazımdır. Komandadakı hər kəs innovasiya, karbonsuzlaşdırma və təhlükəsizliyə öz töhfəsini verəcək".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью