Ursula von der Leyen: ABŞ ilə razılaşma əldə etmək üçün iyulun 9 na qədər vaxt lazımdır | …
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ursula von der Leyen: ABŞ ilə razılaşma əldə etmək üçün iyulun 9-na qədər vaxt lazımdır Avropa Komissiyasının sədri Ursula fon der Leyen X sosial şəbəkəsində ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb.
Onun sözlərinə görə, Aİ-yə ABŞ ilə ticarət razılaşması əldə etmək üçün iyulun 9-dək vaxt lazımdır.
Xanım fon der Leyen yazıb: "Avropa danışıqları tez və qətiyyətlə irəli sürməyə hazırdır.
"Yaxşı bir razılaşma əldə etmək üçün bizə iyulun 9-na qədər vaxt lazımdır".
Ötən həftənin sonunda Donald Tramp iyunun 1-dən Aİ-dən gələn mallara 50 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.O, bu qərarı Vaşinqtonun Brüssellə danışıqlarının dalana dirənməsi ilə izah edib.
O, həmçinin Amerika şirkətlərinə qarşı "güclü ticarət maneələri" və "qeyri-ciddi məhkəmə iddiaları"na istinad edib.
Əziz Mustafa, Oxuməni.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu